İdarə və təşkilatların yerləşgələri yaşayış binasının daxilində  layihələndirilərkən bu normalardan başqa, AzDTN 2.7-2 normativ sənədinin tələbləri də rəhbər tutulmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “İdarə və təşkilatlar üçün binalar və otaqlar. Layihələndirmə normaları”nda əksini tapıb.

İdarə və təşkilatlar yaşayış binalarının qeyri-yaşayış sahəsində yerləşdirildikdə həmin sahə üçün ayrıca giriş-çıxış nəzərdə tutulmalıdır. Layihələndirmədə istifadə edilən konstruksiyaların yükdaşıma qabiliyyətinin və deformasiyaya uğrama dərəcəsinin hesablanma metodları AzDTN 2.16-1, AzDTN 2.18-1, AzDTN 2.17-1, AzDTN 2.19-1 normativ sənədlərinin tələblərinə cavab verməlidir.