İdarə və təşkilatların inzibati binalarında otaqların təyinatı, onların sahəsi, qarşılıqlı funksional əlaqəsi layihə tapşırığında müəyyən edilir.

Heftelik.az-ın məlumatına görə, bu, “İdarə və təşkilatlar üçün binalar və otaqlar. Layihələndirmə normaları”nda əksini tapıb.

Bu zaman məhkəmələr istisna olmaqla, digər idarə və təşkilatların inzibati binalarında otaqların sahələrinin yolverilən maksimal ölçüləri bu normaların 1-3 nömrəli əlavələrində, məhkəmə və prokurorluq orqanlarının inzibati binalarında otaqların tövsiyə olunan ölçüləri isə bu normaların 4 nömrəli əlavəsində müəyyən edilir.