İlkin hərbi qeydiyyata alınarkən, “neyrosirkulyator asteniya” diaqnozu ilə, vətəndaşlar “Xəstəliklər cədvəli”nin 40-cı maddəsinin “ç” bəndi üzrə hərbi xidmətə müvəqqəti yararsız sayılırlar və müalicə olunmalıdırlar.

Heftelik.az-ın məlumatına görə, bu, Hərbi-həkim ekspertizası haqqında Əsasnamədə əksini tapıb.

Müalicəsi müsbət nəticə verməyən, əmək qabiliyyətini və hərbi xidmət vəzifələrini icra etmək qabiliyyətini mühüm dərəcədə aşağı salan, davamlı kəskin ifadə olunmuş vegetativ damar pozulmaları və daimi şikayətlər olduqda hipertenziv reaksiyalarla və arterial təzyiqin labilliyi ilə müşayiət olunan neyrosirkulyator asteniya “a” bəndinə aiddir.