Hesabat formasında hesab açmadan və ya müştərinin mövcud hesabından müştərinin göstərişi ilə pul köçürmə sistemləri vasitəsilə aparılan köçürmə əməliyyatları nəzərə alınmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş statistikası hesabatının tərtibi və təqdim edilməsinə dair Təlimat”da əksini tapıb.

“Ödəniş əməliyyatının aparılması üçün vasitəçilik və hesab üzrə məlumat xidməti istifadəçiləri haqqında statistik hesabat” formasında (Forma ÖS-ÖXT-7 – Əlavə №24) ödəniş əməliyyatının aparılması üçün vasitəçilik və hesab üzrə məlumat xidmətləri istifadəçilərinin sayı əks etdirilir.