Hesabat formasının “Özünəxidmət terminalları üzrə aparılan əməliyyatlar” hissəsində özünəxidmət terminalları vasitəsilə aparılan əməliyyatlar əks etdirilir.

Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş statistikası hesabatının tərtibi və təqdim edilməsinə dair Təlimat”da əksini tapıb.

“Operatorun xidmət göstərdiyi iştirakçıların emissiya etdiyi elektron pul vasitəsilə vəsaitin məxarici üzrə aparılan əməliyyatlar haqqında statistik hesabat” formasında (ÖSO-1.2) hesabat dövrü üzrə operatorun xidmət göstərdiyi ödəniş sistemi iştirakçıların emissiya etdiyi elektron pul ilə ölkədaxili və ölkə xaricində aparılmış əməliyyatların sayı və həcmi haqqında məlumatlar əks olunur.