Qablaşdırma əməliyyatına başlamazdan əvvəl qablaşdırma xəttinin, çap maşınlarının və digər avadanlıqların təmiz olmasına, həmçinin planlaşdırılmış istehsal prosesi üçün nəzərdə tutulmayan, daha əvvəl istifadə edilmiş hər hansı dərman vasitələri və ya material qalıqlarından, eləcə də sənədlərdən təmizləndiyinə zəmanət verən tədbirlər görülməlidir.

Heftelik.az-ın məlumatına görə, “Dərman vasitələrinin istehsalına, daşınmasına və saxlanmasına dair tələblər”-də əksini tapıb.

Qablaşdırma xəttinin təmizlənməsi müvafiq prosedurlara əsasən həyata keçirilməlidir.