Yalnız Keyfiyyətin yoxlanılması şöbəsi tərəfindən təsdiqlənən və yararlıq müddəti bitməyən başlanğıc materialları istifadə edilməlidir.
Heftelik.az-ın məlumatına görə, “Dərman vasitələrinin istehsalına, daşınmasına və saxlanmasına dair tələblər”-də əksini tapıb.
Qeydiyyat sənədlərində qeyd edilən başlanğıc materiallara dair bütün sınaqlara görə hazır məhsulun istehsalçısı məsuliyyət daşıyır. Hazır məhsulun istehsalçısı başlanğıc materialların istehsalçılarının təsdiq etdiyi sınaq nəticələrini hissəvi və ya tam olaraq istifadə edə bilərlər, lakin o, ən azı hər bir seriyanın eyniliyini yoxlamalıdır.