Sadələşdirilmiş vergi ödəyiciləri üzrə risklərin müəyyən edilməsi zamanı idxal-ixrac əməliyyatları barədə Dövlət Gömrük Komitəsi tərəfindən alınmış məlumatlar, daşınmaz əmlakın alqı-satqısı ilə bağlı aparılan notariat əməliyyatları barədə məlumatlar, kredit və ya elektron pul təşkilatlarından və ya bank əməliyyatları aparan şəxslərdən alınan rəsmi məlumatlar, maliyyə orqanlarından dövlət əsaslı vəsait qoyuluşu üzrə daxil olan məlumatlar, dövlət satınalma müqavilələri üzrə daxil olan məlumatlar, nəqliyyat vasitələrinin qeydiyyatı barədə aidiyyəti orqanlardan alınan məlumatlar, əmək müqavilələri üzrə elektron məlumat bazasından alınan məlumatlar, digər səlahiyyətli orqanlardan alınan məlumatlar, vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatların araşdırılması nəzərə alınmaqla Dövlət Vergi Xidməti) Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemindən (AVİS) kənar qaydada kameral vergi yoxlamaları aparılır.

Heftelik.az-ın məlumatına görə bu, Kameral vergi yoxlamalarının aparılmasına dair Qaydalarda əksini tapıb.