Xroniki dekompensasiya olunmuş tonzillitin obyektiv əlamətlərinə damaq badamcığını şpatellə basdıqda və ya onu zondlayarkən lakunadan irin ifrazı və ya kazeoz tıxacların çıxması, damaq badamcıqları üzərində kobud çapıqların olması, damaq qövslərinin hiperemiyası və ödemi, onların badamcıqlarla bitişməsi, epitelaltı qatda irinləmiş follikulların olması, döş-körpücük-məməyəbənzər əzələlərin ön kənarı boyunca limfa düyünlərinin böyüməsi aiddir.
Heftelik.az-ın məlumatına görə, bu, Hərbi-həkim ekspertizası haqqında Əsasnamədə əksini tapıb.
Xroniki tonzillitin digər formaları bu maddənin tətbiqi üçün əsas deyil.