Dam örtüyü istisna olunmaqla, çardaq və ya çardaq örtüklərinin bütün elementləri YN qrupuna aid materiallardan yerinə yetirildiyi halda, yanğın əleyhinə divarlar dam örtüyündən yuxarı qaldırılmaya bilər.
Heftelik.az-ın məlumatına görə, bu, “İdarə və təşkilatlar üçün binalar və otaqlar. Layihələndirmə normaları”nda əksini tapıb.
Xarici divarları Y1, Y2, Y3 və Y4 qrup materiallarının tətbiqi ilə yerinə yetirilmiş binalarda bu divarlar yanğın əleyhinə divarlarla kəsişməli və 30 sm-dən az olmamaq şərtilə divarın xarici səthinə çıxmalıdır.