Fransanın ultra sağçı Milli Birlik partiyasının parlament fraksiyasının sədri və prezidentliyə keçmiş namizəd Marin Le Pen Mayotta adasına gedərkən qəzaya düşüb.
Heftelik.az-ın BFM TV-yə istinadən verdiyi məlumata görə, hadisənin bu gün səhər saatlarında baş verib.
Onun hərəkət etdiyi barja qarşıdan gələn digər analoji su nəqliyyatı vasitəsilə toqquşub. Nəticədə üç nəfər yüngül yaralansa da Le Pen olaydan xəsarətsiz xilas olub.
M. Le Pen “Şido” qasırğasından sonrakı bərpa işləri ilə tanış olmaq üçün həmin əraziyə səfər etmək istəyib.