Steril dərman formalarının hazırlanması şlüzü olan aseptik blokda və ya laminar axınlı steril havası olan şkafda aparılmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Aptek təşkilatlarına dair tələblər və aptek təşkilatlarından dərman vasitələrinin buraxılması qaydaları”nda əksini tapıb.
Dərman vasitələrinin Aptekdaxili hazırlanmasında farmakopeya məqaləsinin tələblərinə və istehsalçının normativ sənədlərinin tələblərinə cavab verən dərman maddələrindən istifadə olunmalıdır. Apteklərdə hazırlanan dərman vasitələrinin keyfiyyəti yoxlanılmalıdır. Apteklərdə hazırlanan dərman vasitələrinin qablaşdırılması ölkədə qüvvədə olan müvafiq standartlara cavab verən tara və materiallarla aparılmalıdır.