Atmosfer havasına fiziki təsirin yol verilən səviyyəsi atmosfer havasına fiziki təsirin insan sağlamlığına və ətraf mühitə zərərli olmayan maksimum səviyyəsini əks etdirən fiziki təsirin normatividir.
Heftelik.az-ın məlumatına görə, bu, “Atmosfer havasının mühafizəsi haqqında” qanunda əksini tapıb.
Atmosfer havasına zərərli fiziki təsirin yol verilən həddi mənbələrin hər birinin və hamısının zərərli fiziki təsirlərinin atmosfer havasına fiziki təsirin yol verilən səviyyəsini aşmaması şərtli ilə zərərli fiziki təsirin hər bir mənbəyi üçün müəyyən edilən normativdir.