Atmosfer havasının mühafizəsinə istehsalat (müəssisə) nəzarətini həyata keçirən şəxslərin və təşkilatların ekoloji xidməti haqqında məlumatlar, habelə nəzarətin nəticələri müvafiq icra hakimiyyəti orqanlarına təqdim edilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Atmosfer havasının mühafizəsi haqqında” qanunda əksini tapıb.
Atmosfer havasının mühafizəsi sahəsində ictimai nəzarət ətraf mühitin mühafizəsi və qeyri-hökumət təşkilatları haqqında Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən edilmiş qaydada həyata keçirilir.