Dərman vasitələrinin qorunması üçün stellajlar şəkildə quraşdırılmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “ Dərman vasitələrinin topdansatışının həyata keçirilməsi üçün yerlər və avadanlıqlar”da əksini tapıb.
Dərman vasitələrinin qorunması üçün stellajlar aşağıdakı şəkildə quraşdırılmalıdır:
– çöl divarlara qədər məsafə 0,6-0,7 metrdən az olmamalı;
– tavana qədər məsafə 0,5 metrdən az olmamalı;
– döşəmədən məsafə 0,25 metrdən az olmamalı;
– stellajlar arasında keçidlər üçün məsafə 0,75 metrdən az olmamalı.