Ödəmə mənbəyində tutulan vergi ödəyiciləri üzrə risklərin müəyyən edilməsi zamanı vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslərin “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.5-ci maddəsində göstərilən malların təqdim edilməsindən əldə edilən gəlirlərindən xərclər çıxılmadan 5 faiz ödəmə mənbəyində vergi tutan vergi ödəyicilərinin aldığı malların fəaliyyəti ilə bağlı olub-olmaması hallarının araşdırılması, təqdim edilmiş “Ödəmə mənbəyində tutulan vergi bəyannaməsi” üzrə Vergi Məcəlləsinin 102.1.22-1-ci və 106.10-cu maddələri ilə güzəştdən istifadə etmiş şəxslərin qanunla müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparıb-aparmaması hallarının araşdırılması, vergi ödəyicisinin fəaliyyəti ilə əlaqədar vergi orqanında olan və hesabat dövrü üzrə vergitutma bazasına təsir edən aşağıdakı məlumatların araşdırılması, daşınmaz əmlakın alqı-satqısı ilə bağlı aparılan notariat əməliyyatları barədə məlumatlar nəzərə alınmaqla Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemindən (AVİS) kənar qaydada kameral vergi yoxlamaları aparılır.
Heftelik.az-ın məlumatına görə, bu, Kameral vergi yoxlamalarının aparılmasına dair Qaydalarında əksini tapıb.