Aptekdə mütəmadi olaraq qanunvericiliyə və mövcud qaydalara uyğun olaraq daxili nəzarət tədbirləri həyata keçirilməlidir.

Heftelik.az-ın məlumatına görə, bu, “Aptek təşkilatlarına dair tələblər və aptek təşkilatlarından dərman vasitələrinin buraxılması qaydaları”nda əksini tapıb.

Daxili nəzarət əsasən nöqsanların aşkarlanması məqsədi ilə həyata keçirilir. Daxili nəzarət mövcud aptekdən olan şəxs və ya qrup tərəfindən həyata keçirilir.  Daxili nəzarətin proqramı standart əməliyyat proseduru (SƏP) şəklində hazırlanır.

Resept təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq bütün tibb müəssisələrində çalışan, həmçinin özəl tibb fəaliyyəti ilə məşğul olan resept yazmaq hüququna malik tibb işçiləri (həkim və tibb məntəqələrinin feldşerləri) tərəfindən dərman vasitəsinin istifadəsi üzrə klinik protokollar əsasında yazılan, bu Qaydalara əlavə olunan 2 nömrəli əlavəyə uyğun olaraq elektron sənəd formasında tərtib edilən və pasiyentin istəyi ilə kağız daşıyıcıda ona təqdim edilməli olan tibbi sənəddir.