AZAL-ın Aktau yaxınlığında qəzaya uğrayan təyyarəsinin “qara qutularının” dekodlaşması ilə məşğul olan komissiyanın üzvləri oxunmuş məlumatlarla yaxın günlərdə Astanaya gələcək.

Heftelik.az-ın məlumatına görə, bu barədə APA-nın sorğusuna cavab olaraq Qazaxıstanın Nəqliyyat Nazirliyindən bildirilib.

Qeyd edilib ki, gəldikdən sonra ekspertlər dərhal “qara qutunun” məlumatlarının öyrənilməsinə başlayacaq.

Qeyd edək ki, dekabrın 25-də Azərbaycan Hava Yollarına məxsus Bakı-Qroznı reysini həyata keçirən Embraer sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 5 ekipaj üzvü olmaqla 67 nəfər olub. Qəza nəticəsində Azərbaycan, Rusiya və Qazaxıstan vətəndaşları daxil olmaqla 38 nəfər həyatını itirib.