Atmosfer havasının çirklənməsi nəticəsində insanların həyatı və sağlamlığına təhlükə yaradan fövqəladə vəziyyətlərdə əhalinin mühafizəsinə dair tədbirləri həyata keçirmək, atmosfer havasının mühafizəsi məqsədilə atmosfer havasının keyfiyyətinin gigiyenik və ekoloji normativlərini, ekoloji sistemlərin yüklənməsi və atmosfer havasına zərərli fiziki təsirlərin yol verilən səviyyəsi və onun hədlərini müəyyən etmək və müvafiq icra hakimiyyəti orqanlarının, hüquqi və fiziki şəxslərin atmosfer havasının mühafizəsi sahəsində fəaliyyətini əlaqələndirmək atmosfer havasının mühafizəsi sahəsində dövlətin vəzifələri sırasındadır.
Heftelik.az-ın məlumatına görə, bu, “Atmosfer havasının mühafizəsi haqqında” qanunda əksini tapıb.