Səudiyyə Ərəbistanında leysan yağışları Məkkə və Mədinə şəhərlərinə ciddi ziyan vurub.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, evlər, iaşə obyektləri, eləcə də avtomobillər su altında qalıb.

Bir sıra ərazilərdə insanlar xilasedicilərin köməyi ilə təxliyə olunub.

Yaranmış vəziyyətlə bağlı hökumət yüksək xəbərdarlıq səviyyəsi elan edib. Bir sıra iş yerləri bağlanıb, təhsil müəssisələri isə distant fəaliyyətə keçib.