Topdansatış müəssisəsində keyfiyyətin idarə olunmasına məsul şəxs ayırmalı, keyfiyyətin idarə olunmasına məsul şəxsin əczaçılıq ixtisası üzrə təhsilinin olması arzuolunandır.

Heftelik.az-ın məlumatına görə, bu, “Dərman vasitələrinin topdansatışına dair tələblər”də əksini tapıb.

Məsul şəxs müvafiq ixtisasa malik olmaqla yanaşı, həmçinin Etibarlı Distribüter Təcrübəsi (EDT) üzrə lazımi bilik və təcrübəyə malik olmalıdır. Məsul şəxs öhdəliklərini qüsursuz yerinə yetirməli və daima müraciət üçün hazır olmalıdır.