“Bakı Metropoliteni” QSC-nin gedişhaqqı tariflərini tənzimləmə səlahiyyəti yoxdur.
“Bakı Metropoliteni” QSC-dən Heftelik.az-a verilən məlumata görə, metro nəqliyyatında gedişhaqqı tarifinin tənzimlənməsinə yenidən baxılması ilə əlaqədar aidiyyəti səlahiyyətli qurumlar qarşısında məsələ qaldırmayıb.
Qeyd edək ki, bu gün mediada metroda gedişhaqqının 55 qəpik olacağı ilə bağlı məlumatlar yayılıb.
Xatırladaq ki, sonuncu dəfə ötən il iyunun 30-da ictimai nəqliyyatda, o cümlədən metroda sərnişindaşıma xidmətləri üzrə yeni tariflər 40 qəpikdən 50 qəpiyə qaldırılıb.