Özünüyoxlama zamanı topdansatış müəssisəsində nələrə fikir verilməli olduğu açıqlanıb.

Heftelik.az-ın məlumatına görə, bu, “Dərman vasitələrinin topdansatışının həyata keçirilməsi üçün yerlər və avadanlıqlar”da əksini tapıb.

Özünüyoxlama zamanı topdansatış müəssisəsində aşağıdakılara fikir verilməlidir:

– müəssisədə İş Təlimatları, Standart Əməliyyat Prosedurları və vəzifə təlimatlarının olmasına;

– İş Təlimatları və Standart Əməliyyat Prosedurları tərəfindən qoyulan tələblərin yerinə yetirilməsinə;

– sahələrin, avadanlıq və cihazların vəziyyətinə.