Partlayıcı və tezalışan maddələrin saxlanması üzrə tələblər məlum olub.

Heftelik.az-ın məlumatına görə, bu, “Dərman vasitələrinin topdansatışının həyata keçirilməsi üçün yerlər və avadanlıqlar”da əksini tapıb.

Partlayıcı və tezalışan maddələrin saxlanması üzrə tələblər:

– partlayıcı və tezalışan maddələr quru, birbaşa düşən günəş işığından, yağıntıdan və qrunt sularından qorunan, dəmir-beton örtüyə və metal qapıya malik ayrı otaqda saxlanmalıdır;

–  yerin döşəməsi, yerin girişindən içəriyə doğru mailliklə, çuxursuz, sementlənmiş olmalıdır;

–  yanmayan şkaflar eni ən azı 0,7 metr və hündürlüyü ən azı 1,2 metr olan qapılara malik olmalıdır;

– stellajlardan qızdırıcı cihazlara qədər məsafə ən azı 1metr olmalıdır;

–  tezalışan və yanan mayelərin saxlanması zamanı taranın dolma səviyyəsi 90%-dən çox olmamalıdır, spirtlərdə isə müvafiq olaraq 75%-dən çox olmamalıdır.