Rusiya ali məktəbləri 2026-cı il sentyabrın 1-dən yeni ali təhsil sisteminə keçir.
Heftelik.az-ın məlumatına görə, Rusiyada təhsilin bakalavr pilləsi ləğv ediləcək.
İki yeni təhsil səviyyəsi tətbiq olunacaq: əsas ali (5-6 il) və ixtisaslaşdırılmış (1-3 il).
Təhsil və Elm Nazirliyindən bildirilib ki, cari proqramlar üzrə təhsil alan tələbələr ilkin olaraq seçilmiş plana uyğun olaraq onları bitirə biləcəklər.