Tez-tez (il ərzində 3 dəfə və daha çox) kəskinləşmələrlə müşayiət olunan xora xəstəliyi, nəhəng xoralarla (mədədə 3 sm və böyük, yaxud onikibarmaq bağırsaqda 2 sm və böyük diametrli) xora xəstəliyi, mədənin kallyoz xoraları ilə müşayiət olunan xora xəstəliyi və soğanaqdankənar xora ilə müşayiət olunan xora xəstəliyi “b” bəndinə aiddir.

Heftelik.az-ın məlumatına görə, bu, Hərbi-həkim ekspertizası haqqında Əsasnamədə əksini tapıb.