Xəstələrin diaqnostik test üsulu ilə müayinəsi xüsusi öyrədilmiş şəxsi heyət tərəfindən həyata keçirilir.

Heftelik.az-ın məlumatına görə, bu, “Aptek təşkilatlarına dair tələblər və aptek təşkilatlarından dərman vasitələrinin buraxılması qaydaları”nda əksini tapıb.

Bunun üçün aşağıdakıların olması vacibdir:

– diaqnostik test üsulunun aparılması üçün yer;

–  diaqnostik test üsulunun aparılması üçün standart əməliyyat prosedurları (SƏP);

–  diaqnostik test üsulunun aparılması üçün dövlət standartına cavab verən, yoxlamadan keçmiş ölçmə vasitələrinin (və avadanlığın) olması;

–  diaqnostik test nəticələrinə uyğun həkim müdaxiləsinə qədər yardımın göstərilməsi.

Reseptlə buraxılmalı olan dərman preparatlarının aptek müəssisəsindən buraxılması üçün aşağıdakı tələblərə riayət olunmalıdır:

– “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş qaydada sertifikasiyadan keçmiş kifayət qədər orta və ali təhsilli əczaçıların olması;

– həkim tərəfindən reseptin düzgün, dəqiq və tam yazılması;

–  hazırlanan dərman preparatlarının hazırlanma texnologiyasına riayət edilməsi və keyfiyyətinin təmin edilməsi;

– reseptdə qeyd olunmuş preparatın müvafiq qutuda və müvafiq markalanmada buraxılması;

–  alıcıya dərman preparatları və onların qəbul qaydası barəsində ətraflı məlumatın verilməsi.