Xarici divarlar YN qrup materiallardan lentvari şüşələnmə ilə quraşdırıldıqda yanğın əleyhinə divarlar şüşələnməni ayırmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “İdarə və təşkilatlar üçün binalar və otaqlar. Layihələndirmə normaları”nda əksini tapıb.
Bu zaman yanğın əleyhinə divarın xarici divarın səthindən çıxmamasına yol verilir. Yanğın əleyhinə divarlarda ventilyasiya və tüstü kanallarını elə quraşdırmaq lazımdır ki, onların yerləşdirilməsi yanğın əleyhinə divarın odadavamlılıq həddi kanalın hər tərəfindən I tip odadavamlı divarlarda ən azı REI 150, II tip yanğın əleyhinə divarlarda isə ən azı REI 45 təmin edilmiş olsun.