Həzm funksiyasının pozulması dərəcəsindən və kəskinləş-mələrin tezliyindən asılı olmayaraq, xroniki residivləşən qeyri-spesifik xoralı kolitlər, Kron xəstəliyi, nazik bağırsağın (1 m-dən az olmayaraq) və ya yoğun bağırsağın (20 sm-dən az olmayaraq) rezeksiyası, dempinq-sindromun nadir təzahür etməsi ilə mədə-bağırsaq anastomozu “b” bəndinə aiddir.
Heftelik.az-ın məlumatına görə, bu, Hərbi-həkim ekspertizası haqqında Əsasnamədə əksini tapıb.