Atılmanın (tullantının) texniki normativi zərərli maddələrin stasionar və səyyar mənbələri, o cümlədən nəqliyyat vasitələri, texnoloji proseslər və avadanlıqlar üçün məhsul vahidinə, yürüşə, mühərrikin gücünə görə hesablanan atmosfer havasına atılan zərərli maddələrin yol verilən maksimum həcmini və digər göstəriciləri müəyyən edən normativdir.
Heftelik.az-ın məlumatına görə, bu, “Atmosfer havasının mühafizəsi haqqında” qanunda əksini tapıb.
Atılmanın (tullantının) yol verilən həddi – stasionar mənbələrdən zərərli maddələrin atmosfer havasının keyfiyyətinin gigiyenik və ekoloji normativlərini aşmaması şərti ilə atmosfer havasını çirkləndirən hər bir mənbə üçün atılmanın texniki normativlərini və fon çirklənməsini nəzərə almaqla müəyyən edilən zərərli maddələrin alınmasının yol verilən həddidir.