Xırdalanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Heftelik.az-ın Bakupost-a istinadən verdiyi məlumata görə, dünən axşam saatlarında “Azərsun”un işçisi? 49 yaşlı Ceyhun Məmişovu avtomobil vurub.
O, xəstəxanaya aparılarkən, yolda vəfat edib.
Qeyd olunur ki, mərhum Xırdalandakı restoranlardan birində ziyafətdə olub. Hadisə o, restorandan çıxıb evə gedən zaman baş verib.
Faktla bağlı araşdırma aparılır.