Bayden administrasiyası öz əməlləri ilə ABŞ-a olan inamı böyük dərəcədə sarsıtdı.

Heftelik.az-ın xəbərinə görə, bunu Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində bildirib.

“Məsələn, Əfqanıstan məsələsinə qayıtsaq, Azərbaycan birinci ölkələrdən idi ki, Əfqanıstandakı missiyaya qoşulmuşdu. Həm hərbi kontingent göndərmişdi, dəfələrlə onu artırmışdı, həm ABŞ üçün çox vacib olan nəqliyyat-logistika məsələlərini də həll etmişdi. Biz onlara lazım olana qədər 907-ci düzəliş saknsiya qaldırılırdı, biz ki, lazım olmadıq, tətbiq edilirdi. Yəni bu, nədir? Bunun bir adı var – nankorluq! Bu, nankorluqdur”,  – dövlət başçısı vurğulayıb.