Topdan satış müəssisələri ayda bir dəfədən az olmayaraq (hər ayın ilk 5 günü ərzində) dərman vasitələrinin qalığı (dərman vasitəsinin adı, dozası, forması istehsalçı firma və ölkəsi, sayı) barədə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin müvafiq qurumunu məlumatlandırmalıdırlar.
Heftelik.az-ın məlumatına görə, bu, “Dərman vasitələrinin topdansatışının həyata keçirilməsi üçün yerlər və avadanlıqlar”da əksini tapıb.
Dərman preparatlarının anbardan buraxılışına bu sahəyə müəssisənin rəhbəri tərəfindən əmrlə təyin olunmuş məsul şəxslər tərəfindən nəzarət olunur.