“c” bəndi karioz, plomblanmış və çəkilmiş dişlərin cəmi 9-dan artıq olduqda və bu zaman ən azı 4 dişdə (kök kanalları plomblanmış dişlər də daxil olmaqla, pulpa və periodontun zədələnməsi ilə) xroniki iltihabın kliniki və ya rentgenoloji əlamətləri olduqda tətbiq edilir.
Heftelik.az-ın məlumatına görə, bu, Hərbi-həkim ekspertizası haqqında Əsasnamədə əksini tapıb.
Dişlərin ümumi sayı hesablanarkən ağıl dişləri nəzərə alınmır. Diş kökləri, onları protezləşdirmə üçün istifadə etmək mümkün olmadıqda, dişlərin olmaması kimi qəbul edilir.