Ödəmə mənbəyində tutulan vergi ödəyiciləri üzrə risklərin müəyyən edilməsi zamanı  kredit və ya elektron pul təşkilatlarından və ya bank əməliyyatları aparan şəxslərdən alınan rəsmi məlumatlar (dövriyyə məlumatları ilə yanaşı Vergi Məcəlləsinin 125-1-ci maddəsinə əsasən güzəştli vergi tutulan ölkələrdə və ya ərazilərdə təsis edilmiş (qeydiyyatdan keçmiş) şəxslərə, o cümlədən digər ölkələrdə və ya ərazilərdə olan filial və ya nümayəndəliklərinə, habelə güzəştli vergi tutulan ölkələrdə və ya ərazilərdə olan bank və digər ödəniş hesablarına rezidentlərin və qeyri-rezidentlərin Azərbaycan Respublikasındakı daimi nümayəndəlikləri tərəfindən birbaşa və ya dolayısı ilə edilən ödənişlər üzrə təhlillərin aparılması), dövlət satınalma müqavilələri üzrə daxil olan məlumatlar, digər səlahiyyətli orqanlardan alınan məlumatlar, vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar nəzərə alınmaqla Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemindən (AVİS) kənar qaydada kameral vergi yoxlamaları aparılır.

Heftelik.az-ın məlumatına görə, bu, Kameral vergi yoxlamalarının aparılmasına dair Qaydalarında əksini tapıb.