Əczaçı bunları bilməlidir

08 Yanvar 2025, 06:07

Dərman preparatlarının rasional təyin edilməsi və onların qəbuluna istiqamətlənmiş kompleks tədbirlərin həyata keçirilməsi üçün əczaçının nələri bilməli olduğu məlum olub.

Heftelik.az-ın məlumatına görə, bu, “Aptek təşkilatlarına dair tələblər və aptek təşkilatlarından dərman vasitələrinin buraxılması qaydaları”nda əksini tapıb.

Dərman preparatlarının rasional təyin edilməsi və onların qəbuluna istiqamətlənmiş kompleks tədbirlərin həyata keçirilməsi üçün əczaçı aşağıdakıları bilməlidir:

– dərman preparatlarının istifadə qaydasına uyğun olaraq müvafiq məlumatları;

– ünsiyyət psixologiyası, farmakoterapiya və yeni dərman preparatları haqqında bilikləri.

Həkimlə əczaçının əməkdaşlığı aşağıdakı məqsədlərin həyata keçirilməsi üçün zəmin yaradır:

– dərman vasitələrinin seçilməsi;

– rasional farmakoterapiya;

– reseptin düzgün yazılması.