Markalanma belə prosesidir

08 Yanvar 2025, 06:01

Markalanma lazımi məlumatları əks etdirən düzgün markaların seçilməsi, material və ya məhsulun üzərinə yapışdırılması prosesidir.

Heftelik.az-ın məlumatına görə, bu, “Dərman vasitələrinin topdansatışına dair tələblər”də əksini tapıb.

İstehsal material və məhsulların alınması, istehsalı, keyfiyyətinin yoxlanması, buraxılması, hazır məhsulun saxlanması, paylanması və digər bütün əlaqədar əməliyyatlardır. Material ümumi anlayış olub, başlanğıc materiallar (aktiv təsiredici substansiya və köməkçi maddələr), reagentlər, həlledicilər, aralıq məhsullar, qablaşdırma və markalanma materiallarının ifadə edilməsi üçün istifadə edilir.