Soğanaqda və ondan kənar çoxlu xoralarla müşayiət olunan xora xəstəliyi, uzun müddət (mədədə – 3 ay və daha artıq, onikibarmaq bağırsaqda – 2 ay və daha artıq) çapıqlaşmayan xoralarla müşayiət olunan xora xəstəliyi, perforasiya və ya posthemorragik anemiyanın inkişafına səbəb olmuş qanaxma ilə fəsadlaşmış (göstərilən fəsadlaşmalardan sonra 5 il ərzində) xora xəstəliyi, yaxud onikibarmaq bağırsaq soğanağının kobud çapıq deformasiyası “b” bəndinə aiddir.

Heftelik.az-ın məlumatına görə, bu, Hərbi-həkim ekspertizası haqqında Əsasnamədə əksini tapıb.