Fəaliyyəti nəticəsində zərərli maddələri atmosfer havasına atan hüquqi və fiziki şəxslər əlverişsiz meteoroloji şərait barədə proqnozları əldə etdikdə zərərli maddələrin miqdarının azaldılmasına dair tədbirləri müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdıraraq həyata keçirməlidirlər.

Heftelik.az-ın məlumatına görə, bu, “Atmosfer havasının mühafizəsi haqqında” qanunda əksini tapıb.

Qəza zamanı zərərli maddələrin atmosferə atılması nəticəsində atmosfer havasının keyfiyyətinin pisləşməsinə, insan sağlamlığına və həyatına təhlükə yarandığı halda, onların mühafizəsinə dair qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları tərəfindən təcili tədbirlər həyata keçirilir.