Stellajlarda, şkaflarda, rəflərdə dərmanın adı, seriyası, istifadə müddəti, saxlama müddəti və sayı göstərilməklə stellaj xəritəsi bərkidilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “ Dərman vasitələrinin topdansatışının həyata keçirilməsi üçün yerlər və avadanlıqlar”da əksini tapıb.
Topdan satış müəssisəsi kompüterləşmiş sistemlərə malik olmalıdır. Kompüterləşmiş sistemi istifadə etməzdən öncə onun dəqiq, davamlı və təkrarlanan nəticələr vermək bacarığı yoxlanılaraq təsdiq edilməlidir. Sistemin yazılı, detallı təsviri olmalıdır (müvafiq olduğu hallarda diaqramlar daxil olmaqla).