Tullantıların qazanxanalarda yandırılmasına yol verilmir.

Heftelik.az-ın məlumatına görə, bu, “Şəhərlər və digər yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi Qaydaları”nda əksini tapıb.

Əmələ gələn tullantıların epidemioloji baxımdan çeşidlənərək növlər üzrə yığılmasına, zərərsizləşdirilməsinə və dəqiq uçotunun aparılmasına müəssisənin məsul şəxsi tərəfindən nəzarət edilməlidir.

Küçələrin, həyətlərin və şəhərlər və digər yaşayış məntəqələrinin digər ərazilərinin, həmçinin ümumi istifadə yerlərinin və çimərliklərin təmiz saxlanılması vəziyyətinə nəzarəti Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Səhiyyə Nazirliyi həyata keçirilir.

Şəhər (rayon) icra hakimiyyətləri tərəfindən:

–  maye və bərk məişət tullantılarının əmələgəlmə norması (1 nəfər/1 il hesabı ilə);

–  müəssisə, təşkilat, idarələr tərəfindən yığışdırılacaq ərazilərin siyahısı;

–  küçələrin, meydançaların və keçidlərin mexanikləşdirilmiş təmizlənməsi, həm də onların yay və qış mövsümlərində təmizlənmə növbəsinin siyahısı müəyyən edilir.

Balansında yaşayış binaları olan müəssisə, idarə və təşkilatlar, binalar üzrə məsul şəxslər:

– cavabdeh olduğu ərazilərin, tullantı kameralarının təmiz, tutumların saz vəziyyətdə saxlanılmasını təmin etməyə, bunlar üçün meydançaların müntəzəm yuyularaq dezinfeksiya edilməsinə;

–  tutumlar üçün sukeçirməyən örtüklə döşənmiş meydançalar hazırlamağa;

–  yeyinti tullantılarının, küçə və həyət süpürüntülərinin yığışdırılıması üçün inventarlarla təmin etməyə;

–  əhali arasında izahat işləri aparmağa və onları yaşayış yerlərinin təmiz saxlanılması qaydalarının həyata keçirilməsi tədbirlərinə cəlb etməyə;

–  məişət tullantılarının vaxtlı-vaxtında daşınması üçün tədbirlər görməyə və tullantıların uçotunun aparılmasına borcludurlar.