Xüsusi rejimli müəssisələrin mənfəət bəyannaməsi Dövlət Vergi Xidməti tərəfindən təsdiq edilmiş müvafiq forma üzrə bölmələrdən ibarətdir.
Heftelik.az-ın məlumatına görə, bu, Kameral vergi yoxlamalarının aparılmasına dair Qaydalarında əksini tapıb.
Xüsusi rejimli müəssisələrin mənfəət bəyannaməsi Dövlət Vergi Xidməti tərəfindən təsdiq edilmiş müvafiq forma üzrə aşağıdakı bölmələrdən ibarətdir:
– “Vergi ödəyicisi haqqında ümumi məlumat” bölməsində vergi orqanı, vergi dövrü, bəyannamənin aid olduğu dövr, hüquqi şəxsin uçot məlumatları (VÖEN-i, adı, telefon nömrələri), əsas fəaliyyət növünün kodu, bəyannamənin növü və digər məlumatlar əks olunur;
“Verginin hesablanması” bölməsi 4 hissədən ibarətdir:
– “Gəlirlər” hissəsində hesabat dövrü ərzində əldə edilmiş gəlirlər əks etdirilir;
– “Xərclər” hissəsində hesabat dövrü ərzində gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər öz əksini tapır;
– “Hesabat dövründə iştirak paylarının satış məlumatları” hissəsində sazişdə olan iştirak paylarının satılması, yaxud daimi hüquq və öhdəliklərin verilməsindən əldə olunan gəlir və zərər əks etdirilir;
– “Hesabat dövrü üçün verginin hesablanması” hissəsində isə təsərrüfat fəaliyyətinin nəticələri əks etdirilir.