Mərkəzi Neftçilər Xəstəxanasının Reanimasiya şöbəsində müalicə alan Həşimov Qasım Murtuz oğlunun yanvarın 8-də saat 12:55-də ölüm faktı qeydə alınıb.

Heftelik.az-ın xəbərinə görə, bu barədə TƏBİB məlumat yayıb.

“Pasiyentin ölümünün ilkin səbəbi kimi poliorqan çatışmazlığı qeyd olunur. Göstərilən bütün zəruri tibbi müdaxilələrə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb”, məlumatda detyilir.

Qeyd edək ki, Q.Həşimov ötən il dekabrın 3-də bədən səthinin 55%-ni əhatə edən II və III dərəcəli yanıq xəsarətləri ilə ağır vəziyyətdə Mərkəzi Neftçilər Xəstəxanasının Reanimasiya şöbəsinə daxil olub.