Anbarın vaxtaşırı inventarlaşması aparılmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “  Dərman vasitələrinin topdansatışının həyata keçirilməsi üçün yerlər və avadanlıqlar”da əksini tapıb.

Aşkarlanan çatışmazlıqlar araşdırılmalı və sənədləşdirilməlidir. Yararlıq müddəti keçmiş dərman vasitələri aktlaşdırılıb ayrıca saxlanılmalıdır. Dərman vasitələri istehsalçı müəssisə tərəfindən göstərilmiş şərtlər gözlənilməklə, temperatur, rütubət və işıqlandırma rejiminə riayət olunmaqla, onların fiziki-kimyəvi xüsusiyyətləri nəzərə alınmaqla ayrılıqda saxlanılmalıdır. Bioloji aktiv qida məhsulları dərman vasitələrindən ayrı, onlar üçün ayrılmış stellaj və altlıqların üzərində saxlanmalıdır.