Bütün dişlərin çeynəmə gücü 100% qəbul olunur, hər bir dişin çeynəmə gücü isə aşağıdakı kimi faizlə hesablanır: yan kəsici -1%, mərkəzi kəsici-2%, köpək dişi-3%, premolyarlar-4%, birinci azı dişi-6%, ikinci azı dışı-5%.

Heftelik.az-ın məlumatına görə, bu, Hərbi-həkim ekspertizası haqqında Əsasnamədə əksini tapıb.

Əməliyyatla düzəldilə bilən və funkisiya pozulması olmadıqda üzün, yanağın, dilin, ağız boşluğunun, almacıq sümüyünün anadangəlmə anomaliyaları, çapıqları, defektləri və xəstəlikləri 51-ci maddənin “ç” bəndi üzrə şəhadətləndirilirlər.