Çıxarılmayan protezlə əvəz edilmiş dişlər, onların olmaması kimi qəbul edilmir.
Heftelik.az-ın məlumatına görə, bu, Hərbi-həkim ekspertizası haqqında Əsasnamədə əksini tapıb.
Maddə | Xəstəliklərin adı, funksiyaların pozulma dərəcəsi | Hərbi xidmətə yararlılıq kateqoriyası | ||
I qrafa | II qrafa | III qrafa | ||
50 | Dişlərin bərk toxumalarının, pulpanın və periapikal toxumaların, diş ətinin və parodontun, tüpürcək vəzilərinin, ağız boşluğunun yumşaq toxumalarının, dilin xəstəlikləri: | |||
a) parodontitin, parodontozun ağır dərəcəli yayılmış formaları | C | C | B | |
b) parodontitin, parodontozun orta ağır dərəcəli yayılmış formaları, stomatitlər, gingivitlər, xeylitlər və ağız boşluğunun selikli qişasının, tüpürcək vəzilərinin və dilin müalicə olunmayan digər xəstəlikləri | B | B | A, HDQ, ÜH, DP, XQ-də FƏRDİ | |
c) parodontitin, parodontozun yüngül dərəcəli yayılmış formaları | A-2 | A | A |
Bu maddə şəhadətləndirilən şəxslərdə parodontitin və ya parodontozun tez-tez kəskinləşmələrlə və (və ya) absesləşmə ilə müşayiət olunan generalizə olunmuş (yayılmış) formaları olduqda tətbiq edilir.