Dərman vasitələrinin təyin olunma kriteriyaları müəyyənləşib.

Heftelik.az-ın məlumatına görə, bu, “Aptek təşkilatlarına dair tələblər və aptek təşkilatlarından dərman vasitələrinin buraxılması qaydaları”nda əksini tapıb.

Dərman vasitələrinin təyin olunma kriteriyaları aşağıdakılardır:

– effektivlik;

– təhlükəsizlik;

– etibarlılıq;

– ucuz qiymət;

– rahat qəbul edilmə.

Əczaçı həkimi əczaçılıq bazarında, aptekdə olan dərman vasitələrinin çeşidi, qiymətləri, xassələri və s. barəsində məlumatlandırmalıdır.

Aptekin vəzifə və funksiyaları aşağıdakılardır:

– aptekin əsas vəzifəsi əhaliyə resept əsasında hazırlanmış müxtəlif dərman formalarının (daxilə və xaricə istifadə olunan məhlullar, sadə və mürəkkəb tərkibli tozlar, məlhəmlər, linimentlər, pastalar və s. qeyri-inyeksion dərman formaları), resept əsasında və reseptsiz buraxılan hazır dərman vasitələrinin, optik ləvazimatların, pərakəndə satış üçün nəzərdə tutulan əczaçılıq məhsullarının (pambıq, tənzif, bint, sarğı materialları, leykoplastrlar və digər analoji məmulatlar), ətriyyat-kosmetika, xüsusi təyinatlı qida məhsullarının, təbii mineral suların, bioloji aktiv qida məhsullarının və şəxsi sanitariya-gigiyena mallarının, həmçinin xüsusi icazə aldıqdan sonra dövriyyəsinə nəzarət olunan psixotrop, zəhərli və güclü təsirə malik dərman maddələrinin, “Həyati vacib və təcili hallarda istifadə edilən dərman vasitələrinin siyahısı”na daxil edilmiş dərman vasitələrinin pərakəndə satışı ilə məşğul olmaqdır.