Zabitlərin, gizirlər, miçmanlar və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçular hərbi xidmətə yararlılıq kateqoriyası tənəffüs (ağciyər) çatışmazlığının dərəcəsindən asılı olaraq təyin edilir.

Heftelik.az-ın məlumatına görə, bu, Hərbi-həkim ekspertizası haqqında Əsasnamədə əksini tapıb.

Tənəffüs (ağciyər) çatışmazlığı dərəcələrinin göstəriciləri 1 nömrəli cədvəldə – “Tənəffüs” (ağciyər) çatışmazlığı dərəcələrinin göstəriciləri”ndə verilmişdir (ixtisaslaşdırılmış tibb müəssisələri və ya hərbi tibb müəssisələri üçün daha məlumatlı göstəricilərdən istifadə edilməsi mümkündür).