Kriqler-Nayar tip-2 SİNDROMU

09 Yanvar 2025, 00:44

Kriqler-Nayar tip-2 sindromu olan “Xəstəliklər cədvəli”nin I və II qrafalarında nəzərdə tutulmuş şəxslər isə “b” bəndi üzrə şəhadətləndirilirlər.

Heftelik.az-ın məlumatına görə, bu, Hərbi-həkim ekspertizası haqqında Əsasnamədə əksini tapıb.

Öd kisəsinin çıxarılmasından sonra və ya öd axacaqlarının, mədəaltı vəzinin, öd kisəsinin xəstəliklərinin cərrahi müalicəsindən sonra yaxşı nəticələrlə ilkin hərbi qeydiyyata alınarkən, hərbi xidmətə çağırılarkən, hərbi xidmətə könüllü daxil olarkən vətəndaşlar, çağırış üzrə hərbi xidmət keçən hərbi qulluqçular “b” bəndi üzrə, “Xəstəliklər cədvəli”nin III qrafasında nəzərdə tutulmuş hərbi qulluqçular isə “c” bəndi üzrə şəhadətləndirilirlər.