Məsul şəxsin vəzifə borcuna aydınlıq gətirilib.
Heftelik.az-ın məlumatına görə, bu, “Dərman vasitələrinin topdansatışına dair tələblər”də əksini tapıb.
Məsul şəxsin vəzifə borcuna aşağıdakılar aiddir:
– keyfiyyətin idarə olunması sisteminin həyata keçirilməsi və davamlı sürətdə saxlanılmasının təmin olunması;
– ilkin və davamlı təlim proqramlarının həyata keçirməsi;
– müştəri şikayətlərinin araşdırılmasının effektiv şəkildə təmin edilməsi;
– mütəmadi olaraq əvvəlcədən danışılmış proqrama əsasən özünü-yoxlamaların aparılmasını və müvafiq düzəliş tədbirlərinin həyata keçirilməsinin təmin edilməsi;
– öhdəliklər digər şəxsə ötürüldükdə onun sənədləşməsinin saxlanılması;
– qaytarılmış, imtina olunmuş, geriyə çağırılmış və ya saxta məhsulların məhv edilməsinin təşkili.